- Baxış sayı: 76
- 15 Dekabr 2025 20:36
- Baxış sayı: 121
- Dekabr 19, 2025
- 0


Şahmatın blitz növü üzrə açıq onlayn Fransa çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 700 nəfər iştirak edib.
15 turdan ibarət ilkin mərhələdən sonra, 3 təmsilçimiz finala yüksəliblər. Bunlar Eltac Səfərli, Qədir Hüseynov və Rauf Məmmədov olublar.
Həlledici görüşə qədər inamla irəliləyən adı son çəkilən qrossmeysterimiz yekunda fransız Kristian Bauerə 3:1 qalib gəlib.