- Baxış sayı: 48
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 150
- Fevral 02, 2026
- 0
Qəbələdə hazırlaşan Azərbaycan millisinin üzvü Rauf Məmmədov Bakı Şahmat Olimpiadası ilə bağlı fikirini bildirib. Allsport.az saytı xəbər verir ki, o, “dördillik”də medal qazanmağı arzuladığını bildirib:
“Ölkəmizdə şahmat çox sevilir. Ona görə də bizi dəstəksiz qoymayacaqlarına inanırıq. Ümid edirəm ki, nəhayət, biz olimpiadada medal qazanacayıq”.
Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.