- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Fransa millisinin keçmiş baş məşqçisi Raymon Domenek, konfrans liqasının 1/16 finalında “Marsel” – “Qarabağ” matçını şərh edib. Allsport.az saytı xəbər verir ki, 70 yaşlı mütəxəssis “L’Equipe” nəşrinə açıqlamasında Fransa klubunun oyunundan razı qalmadığını bildirib:
“3:1 qələbə qazandıq, heyətdə bir neçə dəyişiklik etdik. Milik sadəcə qol vurdu. “Qarabağ” kimi komandaya qarşı fərqli mübarizə gözləyirdik, rəqib bizi meydanda “süpürdü”. Razıyam, heyətdə bir neçə rotasiya edildi. Oyuna nəzarətimiz yox idi, onları çətin vəziyyətə salmadıq. Bəzən narahat edən qələbələr olur. Bu qələbə sizi narahat edə bilər.
De La Fuenteni meydanda görmədik, deyəsən oynadı. Cingiz Ündər cinahda nələrsə edirdi, amma işə yaramadı. “Marsel”in 2-ci qolunda heç bir oyundankənar vəziyyət yox idi, lakin “Qarabağ”ın 2 qol epizodunda da ofsayd yox idi”.