- Baxış sayı: 36
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, “Real Madrid”in yarımmüdafiəçisi Toni Kroos Madrid təmsilçisi ilə müqaviləsini 2024-cü il iyunun 30-dək uzadıb, komandanın rəsmi saytı xəbər verir.
33 yaşlı almanyalı 2014-cü ilin yayından İspaniya təmsilçisində çıxış edir.
Klubun tərkibində 4 dəfə çempionlar liqası, 5 dəfə klublararası dünya kubokunu, 3 dəfə isə İspaniya çempionu olub.
Kroos ötən mövsüm “Real”ın heyətində 52 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.