- Baxış sayı: 42
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

Kilian Mbappe PSJ ilə müqaviləsini 2025-ci ilin yayına qədər uzatmaq variantını artıq aktivləşdirə bilməyəcək.
Allsport.az saytı xəbər verir ki, bunun üçün verilən müddət iyulun 31-də başa çatıb. Fransalı oyunçunun hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.
“Real”ın Mbappenin transferini yaxın iki həftə ərzində başa çatdırmaq istədiyi barədə xəbər yayılıb.
Kilian 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. 2022/23 mövsümündə hücumçu Paris təmsilçisinin heyətində bütün yarışlarda 43 matçda 41 qol vurub və 10 qolun ötürməsini verib.