“Real”da gərginlik yaşanıb

“Real”da la liqadakı pis gedişatdan sonra prezident Florentino Perezlə baş məşqçi Karlo Ançelotti arasında gərginlik yaşanıb.

Allsport.az xəbər verir ki, “Real” əvvəlcə “Atletiko”, sonra isə “Real Betis”lə heç-heçə edərək, çempionluğu demək olar ki, “Barselona”ya hədiyyə edib.

Prezident Florentino Peres, Karlo Ançelottinin “Atletiko” oyunda kadr seçiminə qəzəblənib və ondan niyə ən yaşxı heyətdən istifadə etmədiyini soruşub.

Qeyd edək ki, la liqada “Barselona” əzəli rəqibini 9 xalla qabaqlamaqda davam edir. “Real” zəif oynadığı həftədə “Valensiya”nı məğlub edən Kataloniya komandası aralarında olan xal fərqini yenidən açıb. 

Həmin kateqoriyadan