- Baxış sayı: 92
- 12 Dekabr 2025 15:28
- Baxış sayı: 169
- Dekabr 14, 2025
- 0

Həftəsonu Formula-1 üzrə yeni mövsümə start verilib. Allsport.az saytı xəbər verir ki, dünya çempionatının 1-ci mərhələsi Bəhreyndə keçirilib. 5412-metlik Saxir trasında 57 dövrənin yekununda “Red Bul“dan Maks Ferstappen finişə 1-ci çatıb. O, 1 saat 33:56.736 saniyə vaxt sərf edib.
Son dünya çempionunun komanda yoldaşı Serxio Peres 2-ci yer tutub. İlk üçlüyü “Aston Martin“dən Fernando Alonso qapayıb.
Növbəti ötüşmə 2 həftə sonra Səudiyyə Ərəbistanının Ciddə avtodromunda olacaq. Pilotlar 6174-metrlik trasda 50 dövrə vuracaqlar.