- Baxış sayı: 35
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Formula-1 Azərbaycan qran-prisi başa çatdı. Allsport.az saytı xəbər verir ki, sürücülər 6003 metrlik Bakı şəhər halqasında 51 dövrə vurdular.
Gərgin rəqabətdə “Red Bull Racinq” komandasının sürücüsü Maks Ferstappen qalibi oldu. Onun komanda yoldaşı Serxio Peres 2-ci, “Mersedes”dən Corc Rassel 3-cü pilləni tutdular.
1-ci yerin sahibinə Şuşanın 270 illiyinə həsr olunmuş kuboku Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov təqdim etdi. “Red Bul”un nümayəndəsinə mükafatı beynəlxalq avtomobil federasiyasının prezidenti Məhəmmad ben Sulayem verdi.
Serxio Peresə kuboku gənclər və idman naziri Fərid Qayıbov, 3-cü pillədə qərarlaşan britaniyalı Corc Rasselə mükafatı Azərbaycan avtomobil federasiyasının rəhbəri Anar Ələkbərov təqdim etdilər.
Növbəti qran-pri 1 həftə sonra Kanadada baş tutacaq. Sürücülər 4361 metrlik Monreal avtodromunda 70 dövrə vuracaqlar.