- Baxış sayı: 39
- 20 Mart 2026 22:44
- Baxış sayı: 130
- Mart 19, 2026
- 0

Formula1 Azərbaycan qran-prisində ilk sərbəst yürüş “Red Bull Racing” üçün düşərli olmayıb. Allsport.az saytı xəbər verir ki, komandanın sürücüsü Maks Ferstappen mübarizəni dayandırıb.
Niderlandlı yürüşdə yolu səhv salıb. O, 5-ci döngədə düz dönməyib, idarə etməni itirərək müdafiə səddinə çırpılıb. Bu zaman avtomobildə texniki problem yaranıb və pilot sərbəst yürüşü dayandırmalı olub.