“Red Bull”un sürücüləri İspaniya portalına Bakı trasının dar döngələrdən danışıb

İspaniyanın “f1aldia.com” portalında “Red Bull” komandasının sürücüləri Daniel Rikiardo və Maks Ferstapenin formula1 üzrə Azərbaycan qran-prisi barədə fikirləri əks olunub. Allsport.az saytı xəbər verir ki, cari mövsümdə 5-ci və 6-cı yerlərdə qərarlaşan pilotlar Bakı Şəhər Halqası haqqında danışıblar.

Daniel Rikkardo paytaxtımızında ötüşməyin maraqlı olduğu, lakin dar döngələrə girməyin çox çətin olacağını deyib. Maks Ferstappenin fikrincə, Bakı trasının xüsusi sxemi var. Burada enli hissələrlə bərabər, Monakodan daha dar olan küçələr var.

AzərTAc-a görə, niderlandlı pilot Bakıda qalacağı mehmanxanadan, onun birbaşa Bakı şəhər halqasına açılan möhtəşəm mənzərəsindən məmnunluğunu ifadə edib. O deyib ki, bir gün axşam saatlarında Bakının mağazalarını gəzmək istəyir.

 

Həmin kateqoriyadan