“Red Bull”un sürücüsü “Mercedes”i yenə güclü sayır

“Red Bull”un sürücüsü Maks Ferstappen ilk sınaqdan sonra “Mercedes”in üstünlüyünün davam etdiyini, amma komandası bir neçə yarışda fərqi bağlaya bildiyini deyib. Allsport.az saytı xəbər verir ki, cari mövsümdə texniki reqlamentdə çoxlu dəyişikliklər edilib və mütəxəssislər bu yeniliklərin “Mercedes”in hegemonluğunun qarşısını alacağını düşünürdülər. Amma almanlar ilk 4 gündən sonra hamıdan çox dövrə vurublar və testlərin ən sürətli dövrəsinə nail olublar. “Gümüşü oxlar”ın mühərrik cəhətdən inkişaf etdiyi güman edilir və bu hal onlara ardıcıl 4-cü çempionluğu gətirə bilər.

F-1.az xatırladır ki, “Mercedes”in ən ciddi rəqibinin “Red Bull” olacağı düşünülürdü. Avstriyalıların tərəfdaşı “Renault” da mövsümə təkmilləşərək başlayır. Onlar bildirmişdi ki, yeni mühərrikləri 0.3 saniyə daha sürətli olacaq, amma Ferstappen bunun bəs etməyəcəyini düşünür: “Mercedes mövsümün əvvəlində bizdən üstün olacaq, ancaq bunu kompensə edə bilərik”.

“Red Bull” komandası testlər ərzində problemlər yaşadığı halda, “Ferrari” və “Mercedes” çoxlu dövrələr vurmuşdular.

Həmin kateqoriyadan