“Red Bull”un sürücüsü qələbəyə ümidini itirmir

“Red Bull”un komandasının sürücüsü Kanadada cümə günü sərbəst yürüşlərində mühərriklə bağlı problem yaşayıb. Allsport.az saytı xəbər verir ki, Daniel Rikkardo Monrealda 15-ci olub, amma ümidini yenə itirmir. F-1.az-a görə, avstraliyalının komanda yoldaşı Maks Ferstappen də qəza edərək, sessiyanı vaxtından əvvəl bitirmişdi.

“Gün mənimçün elə də hərəkətli keçmədi. Bəlkə də Alonsodan daha çox dövrə vurdum. Bilmirəm. Birinci sessiya yaxşı keçsə də, ikinci sessiyada mühərriklə bağlı problem yaşadıq. Lakin Maks çoxlu dövrələr vurdu və liderlərlə fərq çox az idi. Ümid edirəm ki, şənbə günü sürətli olarıq.

Yarış tempində necə olduğumuzu bilmirəm. Maks sıralanma tempində işlədi və yaxşı məlumatlar topladı. Çox az dövrə vurduğum üçün məlumatlara baxmalıyam. Ümid edirəm ki, şənbə günü güclü olarıq. Komanda qalib gəlmək istəyir və bunun üçün işləyir. Burada və ya başqa trasda əlimizdən gələni edəcəyik” – deyə, Daniel Rikkardo əlavə edib.

Həmin kateqoriyadan