“Red Bull”un sürücüsü: Yeganə problem, bolidin idarəetməsini bərpa edə bilməməkdir

“Red Bull” komandasının sürücüsü Maks Ferstappen təkərlərin bütün yarışlarda 5 saniyə sürətli olmayacağını bildirib. Allsport.az saytı xəbər verir ki, yeni mövsümdə şin eninin 25 faiz artması ilə bolidlərdə asfaltayatma qüvvəsi çoxalıb və dövrəvi nəticələr təxminən 5 saniyə yaxşılaşıb. F-1.az-in məlumatına görə, Lyuis Həmiltonun Melburndakı poul nəticəsi 2015-ci ilə nisbətən 4.2 saniyə yaxşılaşıb.

“Nəticələr hər yarışda 5 saniyə yaxşılaşmayacaq. Bu trasdan da asılıdır. Bəlkə, Barselonada nəticələr 5 saniyədən daha çox təkmilləşər, amma Montsada daha yavaş dövrələr görə bilərik. Daha aqressiv bolidlərlə yarışmaq çox əyləncəli olur.

Xüsusən də, sıralanmada boş çənlə sürərkən döngələrdə sürəti daha yaxşı hiss edirsiniz. Amma yeganə problem bolidin idarəetməsini itirəndə onu bərpa edə bilməməkdir. Buna görə də xırda bir səhvə belə yer yoxdur. Əgər bolidi trasda tuta bilsəniz, sürmək çox əyləncəli olur”, deyə – Maks Ferstappen əlavə edib .

Həmin kateqoriyadan