- Baxış sayı: 13
- 29 Mart 2026 21:40
- Baxış sayı: 141
- Mart 29, 2026
- 0

Allsport.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Laurentisu Regekampf Azərbaycan kubokunun finalına vəsiqə qazanmaqları barədə danışıb. O, yarımfinalda “Turan Tovuz”la cavab matçından sonra (2:0) bu fikri səsləndirib:
“Bizim məqsədimiz finala çıxmaq idi. Mən sevinirəm ki, futbolçularım ilk dəqiqələrdən sona qədər mübarizə apardılar. Qələbə qazanmağa layiq idik. Klub rəhbərliyini, futbolçularımı – bir sözlə, hamını bu qələbə münasibəti ilə təbrik edirəm. Ən çox da azarkeşlərimizə təşəkkür edirəm ki, bizi sonadək dəstəklədilər”.
Xatırladaq ki, ilk oyunda “Turan Tovuz” evdə 1:0 qalib gəlmişdi.