- Baxış sayı: 33
- 26 Dekabr 2024 23:11
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək məqsədilə ilk dəfə bütün qitə üzrə keçiriləcək final mərhələsinə bilet satışında son gündür. Allsport.az saytı xəbər verir ki, 2020-ci ilin 12 iyun – 12 iyulda 24 iştirakçı komandanın oyunları 12 müxtəlif şəhərdə təşkil olunacaq: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq.
Oyunlara rekord sayda – 3 milyon bilet satışa çıxarılıb ki, bu da həmişə olduğundan daha çox azarkeşin matçları canlı izləmək imkanına sahib olacağı anlamına gəlir.
Qeyd edək ki, biletin satışa çıxarıldığı ötən 4 həftə ərzində 204 ölkədən 14 milyon müraciət gəlib. Bilet satışında ən çox müraciət edən ölkələr İngiltərə, Macarıstan, Almaniya, Niderland və Rusiya olub.
Yeni “LIVE IT. FOR REAL” sloqanı azarkeşləri stadionda oyunları canlı şəkildə izləməyə həvəsləndirən və ruhlandıran bir şüardır. İki milyon yarıma yaxın bilet (UEFA AVRO-2016 üçün ümumi bilet sayından daha çox) iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün ayrılıb.
Bildirək ki, bütün biletlər yalnız internet vasitəsi ilə və yalnız euro2020.com/tickets veb-səhifəsində satılacaq.