- Baxış sayı: 19
- 17 Aprel 2025 14:32
- Baxış sayı: 95
- Aprel 14, 2025
- 0
Topaz Premyer Liqasının 11-ci turu “Zirə”nin futbolçusu Adil Nağıyev üçün 2-qat əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Neftçi” ilə səfər oyunu müdafiəçinin komandada yubiley – 100-cü matçı kimi tarixə düşüb. O, klub tarixində “100”ə çatan ilk futbolçu olub. Bu müddətdə müdafiəçi 6 dəfə qol sevinci yaşayıb.
Adil “Zirə”də ilk oyununu 2015-ci il fevralın 21-də keçirib. O, 1-ci divizionun “Qaradağ Lökbatan”la “Dalğa arena”dakı matçında debüt edib. Nağıyev ilk oyunda vurduğu qolla 2:0 hesablı qələbədə pay sahibi olub.
Aşağı dəstədə 11 oyunda 3 qol vuran müdafiəçi Azərbaycan kubokunda 6, Avropa liqasında 2 dəfə “Zirə”nin formasını geyinib.