- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Lüksemburq yığması Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyununda rekorda imza ata bilər.
Allsport.az xəbər verir ki, Lük Holtsun baş məşqçi olduğu komanda qələbə sayəsində xallarının sayını 8-ə çatdıracaq. Bununla da “cırtdanlar” dünya çempionatlarının seçmə mərhələlərində xal rekordunu yeniləyəcək.
Lüksemburq DÇ-2014 və DÇ-2018-in seçmə oyunlarını 6 xalla başa vurub. Hər 2 tsikldə indikinə nisbətən daha çox qol vurulub. Komanda 2014-cü il mundialından əvvəl seçmə oyunlarda 7, növbətisində isə 8 dəfə fərqlənib.
“Cırtdanlar” DÇ-2022-nin seçmə mərhələsində rəqib qapılarından 5 top keçirə bilib. Qol rekordunu yeniləmək üçün bu komandaya Azərbaycanla səfər və noyabrın 14-də İrlandiya ilə ev oyunlarında üst-üstə 3 qol vurmaq yetərlidir.
Bu gün Bakı olimpiya stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq qarşılaşması saat 21:00-da başlayacaq.