- Baxış sayı: 28
- 05 Fevral 2026 16:49
- Baxış sayı: 202
- Fevral 04, 2026
- 0
“Ayntraxt”ın U-19 komandası gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, frankfurtlular 19-cu turda səfərdə “Qroyter”lə üz-üzə gəliblər.
Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:2. “Ayntraxt”da çıxış edən millimizin hücumçusu Renat Dadaşov 32-ci dəqiqədə hesabı 2:1 edərək “qartallar”ı önə keçirib. Amma qonaqlar qalan vaxt ərzində üstünlüyü qoruya bilməyiblər.
“Ayntraxt” 19 xalla 12-ci yeddədir.