“Renat Dadaşovun Almaniya millisinin oyunlarına köklənməsinə heç nə mane olmur”

Almaniyanın U-17 yığmasının baş məşqçisi Mikael Şonvayts sabah Bakıda start götürəcək AÇ-2016 öncəsi fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, o, yarışla bağlı bunu söyləyib:

“Azərbaycanda olmaqdan məmnunuq. Bizi burada yaxşı qarşıladılar. Renat Dadaşova burada böyük maraq var. Bu da normaldır. Çünki o, azərbaycanlıdır.

Amma bu, onun Almaniya millisinin oyunlarına köklənməsinə mane olmur. Ona inanıram və nəyə qadir olduğuna bələdəm. Bilirəm ki, bizə köməyi dəyəcək”.

Həmin kateqoriyadan