- Baxış sayı: 30
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə birincilikdə 23-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisində oynamağa razılıq verən Renat Dadaşovlu “Ayntraxt”ın U-19 doğma meydanda “Hoffenhaym”la qarşılaşıb.
Futbolçumuzun komandası bu matçda heç-heçə edib (1:1). Həmvətənimiz sonunadək meydanda olub. Millimizin Almaniya ilə seçmə mərhələ matçına dəvət alan üzvü bu görüşün 76-cı dəqiqəsində vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib. Hazırda “qartallar” 29 xalla 14 klub arasında 6-cı yerdədir.