- Baxış sayı: 38
- 18 Aprel 2025 23:58
- Baxış sayı: 102
- Aprel 14, 2025
- 0
Portuqaliya çempionatında 10-cu turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Aroka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 24-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Tondela” 10 turdan sonra 9 xalla 18 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.