- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Renault”un sürücüsü Niko Hülkenberq, startda onu keçən Alonsoya yarış ərzində hücum edə bilmədiyi üçün xalsız qaldığını bildirib. Allsport.az saytı f-1.az-a istinadən xəbər verir ki, yarışa 11-ci yerdən başlayan Hülkenberq startda Kvyatı keçə bilməyib və daha sonra Alonsonun gerisinə düşüb:
“İlk yarışdan sonra bu qənaətə gəldim ki, orta qrupda xal mübarizəsi apara bilərik və inkişaf etməyə davam edirik. İlk dövrə mənim üçün yaxşı keçmədi. İkinci sektorda Daniil ilə mübarizə apararkən məni tras xaricinə sıxdı və o anda Fernando məni keçdi. Alonsodan çox sürətli olsam da, ötmə etmək üçün yer tapa bilmədim.
Bu da mənim üçün xal qazanmaq şansının yox olması demək idi. UltraSoft təkərlərdə performansımız yaxşı idi. Amma bu bizə yer qazanmağa kömək etmədi və yarışı 11-ci yerdə bitirdim. Okon və Alonso ilə girdiyim mübarizədə çox əyləndim. Ümid edirəm ki, növbəti yarışlarda bir az da güclənərik”.