Reşford Ronaldunu ötdü

“Mançester Yunayted”in futbolçusu Markus Reşford klub tarixində avrokuboklarda qolların sayına görə Kriştianu Ronaldunu geridə qoyub.

Allsport.az xəbər verir ki, dünən 25 yaşlı forvard avropa liqasının 1/8 final mərhələsinin “Mançester Yunayted” – “Betis” (1:0) cavab oyununda qələbə qoluna imza atıb.

Bu, ingiltərəlinin avrokuboklarda 25-ci qoludur. O, “Mançester Yunayted”in sabiq hücumçusu Kriştianu Ronaldunu qabaqlayıb. Hazırda “Əl-Nasir”də forma geyinən Ronaldu “qırmızı şeytanlar”la qitə klub turnirlərində 24 qol vurmuşdu.

Reşford bu mövsüm ümumilikdə 43 matçda 27 qol dəfə fərqlənib, 7 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan