- Baxış sayı: 43
- 13 Oktyabr 2024 16:02
- Baxış sayı: 72
- Oktyabr 17, 2024
- 0
Bakı şəhəri 1 saylı idman liseyində 2008-2009-cu təvəllüdlü badmintonçular arasında respublika birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 5 kateqoriyada 78 iştirakçı mübarizə aparıb. Yarışda Bakı ilə yanaşı, Gəncə və Siyəzəndən olan badmintonçularçıxış ediblər.
Oğlanlarda şəxsi yarışlarda Ülvi Hüseynov, qızlarda Əminə İsmayılova 1-ci yer tutublar. Oğlanların qoşa yarışında Emil Akçurin, Ülvi Hüseynov cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qızlarda Əminə İsmayılova, Nərmin Hüseynova cütlüyü, qarışıq qoşada Ülvi Hüseynov, Nərmin Hüseynova qalib olublar.