Reynaldo: “Qarabağ” camiəsi mənim üçün çox doğmadır

“Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbrsizliklə “Qarabağ”ın geyimində yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəyəm”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”la bu gün 2.5 illik anlaşan Reynaldo deyib. Braziliyalı hücumçu bunu əlavə edib: “Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, “Qarabağ” camiəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və yeni uğur qazanmağa gəlmişəm”.

Həmin kateqoriyadan