Riçard Almeyda 316 gündən sonra

Premyer liqanın 17-ci turunda “Qəbələ”ni qəbul edən “Qarabağ” 2:1 hesablı qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, bu qarşılaşma Ağdam klubunun heyətində ilk qolun müəllifi olan Riçard Almeyda üçün əlamətdar olub.

Milliləşdirilmiş yarımmüdafiəçi uzun müddətdən sonra “Qarabağ”da fərqlənib. Mövsümün ilk yarısını “Astana”da keçirən Almeyda “Qarabağ”la sonuncu dəfə ötən il, aprelin 7-də “Səbail”lə qarşılaşmada toru silkələmişdi.

Həmin oyunda ölkə çempionu məhz bu qol sayəsində 1:0 hesablı qələbə qazanmışdı. Bununla, Almeyda 316 gündən sonra doğma komandasının heyətində adını tabloya yazdırıb. 

Həmin kateqoriyadan