- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 179
- Mart 19, 2026
- 0

“Ayntraxt Frankfurt” klubu ispaniyalı mütəxəssis Albert Rieranı baş məşqçi təyin edib.
Allsport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis yeni komandası ilə 2028-ci ilin yayınadək müqavilə imzalayıb. Riera buna qədər Sloveniyanın “Olimpiya” və “Selye”, həmçinin Fransanın “Bordo” klublarında uğurlu fəaliyyəti ilə tanınıb. O, bazar ertəsindən işinə başlayacaq.
Onunla birlikdə məşqçilər heyətinə Pablo Arteta və Lorenso Dolçetti də qoşulub.