- Baxış sayı: 39
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq Fransanın “Monako” klubunun müdafiəçisi Rikardu Karvalyu Bakıya əvvəlki səfərini yada salıb. Allsport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
“Sonuncu dəfə buraya bir neçə il öncə, Portuqaliya yığmasının heyətində gəlmişdim (AÇ-2008-in seçmə mərhələsi çərçivəsində, 2007-ci ildə). Bakının bu qədər dəyişməsi təəccüblüdür. Bu şəhər hazırda çox gözəlləşib”.
Qeyd edək ki, “Qarabağ” – “Monako” matçı sabah Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.