- Baxış sayı: 6
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Ölkə başçısı İlham Əliyev və ailəsi Bakı ekspo mərkəzində 24-cü Azərbaycan beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisi – “Bakutel-2018” ilə tanış olublar. Allsport.az saytı xəbər verir ki, bu sahənin naziri Ramin Quluzadə dövlət başçısına və xanımına sərgi barədə məlumat verib. Builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, beynəlxalq telekommunikasiya ittifaqı, Azərbaycanda ixracın və investisiyaların təşviqi fondu və Azərbaycan sahibkarlar təşkilatları milli konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.
İlham Əliyevə nazirliyin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə məlumat verilib. Prezidentimiz məşhur futbolçu, fransız Robert Pireslə görüşüb. O, 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olub. “Arsenal” komandasının liderlərindən olmuş Pires, həmçinin İngiltərə kubokunun qalibi və İngiltərə çempionudur. FİFA-nın 2000-ci il reytinqinə görə, o, dünyanın ən yaxşı 100 futbolçusundan biri olub. O, həmçinin gələn Bakıda keçiriləcək Avroliqa finalının səfiridir.
Qeyd edək ki, sərgidə ilk dəfə olaraq alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsasında “RoboKeeper” təqdim olunur. Bu, dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta bir çox məşhur dünya futbol ulduzları da bu qapıçını məğlub edə bilmir. Robert Pires prezident İlham Əliyevə Avroliqanın rəsmi topunu təqdim edib.