- Baxış sayı: 27
- 26 Noyabr 2024 17:48
- Baxış sayı: 42
- Noyabr 26, 2024
- 0
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Norveç komandasdına qarşı keçirilən oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis 1:0 hesablı qələbə ilə bitən matç barədə bunu söyləyib:
“Oyunun çətin keçəcəyini demişdim. 90 dəqiqədən sonra xoşbəxt olduğumu deyə bilərəm. Əzmkar oynadıq. Bu, bütün Azərbaycan üçün vacib qələbədir. Rəqib bizə futbol oynamağa imkan vermirdi. Buna baxmayaraq, futbolçular bütün gücünü meydanda qoydu. Belə çətin rəqib üzərində qələbə qazandıq. Təəssüf ki, çox sevinməyə vaxtımız yoxdur.
3 gündən sonra bizi vacib oyun gözləyir. Komanda əlindən gələni etməlidir ki, Çex Respublikasından da yaxşı nəticə ilə qayıdaq. Azarkeşlərə minnətdaram: ilk dəqiqədən futbolçuları qələbəyə səsləyirdilər. Bu gün stadionda əla atmosfer var idi. Bu uğurda azarkeşlərin də böyük rolu var. İlk iki oyunda qələbə qazanmışıq. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm”