Robert Prosineçki: Azərbaycan millisindən yalnız cəsarətli futbol istəmişdim
4 dekabr 2017 / 14:14 Baxış sayı: 769 “Başa düşdüm ki, bu komanda ilə bundan artığını etmək mümkün deyil və getmək vaxtım çatıb”. Allsport.az saytı xəbər verir ki, bu sözü Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçki deyib. Xorvatiya mətbuatına müsahibə verən 48 yaşlı mütəxəssis, “ay-ulduzlular”ımızla yeni müqavilə bağlamamasının səbəbini açıqlayıb:
“Biz dünya çempionatının seçmə mərhələsində çox çətin görünən 10 xal topladıq. Norveçi məğlub etdik, Çexiya ilə bərabərə qaldıq. Həmçinin məğlub olmağımıza baxmayaraq, Almaniya və İtaliya ilə görüşləri əla keçirdik. O ki qaldı Xorvatiya ilə matça, komandamdan yalnız cəsarətli futbol istəmişdim. Bakıya hansı komanda gəlir-gəlsin, oyunçular rəqibdən çəkinməməliydilər. Futbol oynamağı tələb edirdim, müdafiədə oturmağı deyil. Üç il fasiləsiz çalışdıq və inkişaf etdiyimizi düşünürəm. Artıq yeni menyü ilə davam etməliyik”.
Robert Prosineçki 2014-cü ilin dekabrından 2017-ci ilin dekabrına qədər Azərbaycanda çalışıb. Bundan sonra millimizin sükanı arxasına Qurban Qurbanov keçib.