- Baxış sayı: 17
- 27 Noyabr 2024 11:19
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“AFFA ilə gələcək münasibətlərimizə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycana qayıdacağam. Çox güman, Azərbaycanda qalmayacağam”.
Allsport.az saytı xəbər verir ki, bu sözü millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibəsində deyib. O, Sloveniya yığmasını çalışdıracağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
“Almaniyadan yeni gəlmişəm. Zaqrebə çatmaq üçün 12 saat yol qət etmişəm. Sloveniya millisini çalışdıracağımla bağlı xəbərləri qəzetdən oxudum. Yəqin ki, onlar mənimlə danışıq aparmaq istəsələr, zəng vurub, Sloveniyada işləməyimi təklif edərlər. Ancaq hələlik, heç kim zəng etməyib. Bu səbəbdən əlavə nəsə demək istəmirəm”.
Futbolinfo.az-ın məlumatına görə, Prosineçkinin millimizlə müqaviləsi bu ilin sonu başa çatır.