Robert Prosineçki: “Deməzdim ki, hər kəsin qələbə gözləməsi ilə bağlı təzyiq bizə mənfi təsir göstərir”

DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək Azərbaycan – San Marino oyunu ərəfəsində mətbuat konfransı təşkil olunub. Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Robert Prosineçki rəqib barədə bunu deyib:

“Düşünmürəm ki, Norveç yığması ilə görüşdə əzmkarlıq göstərmədik. Sadəcə, rəqib bizdən güclü idi. Meydana çıxan 11 nəfərin hamısı sona qədər mübarizə aparmalıdır. 1-2 nəfər zəif çıxış edəndə balans pozulur. Motivasiyamız yaxşıdır. Sabah qələbə qazansaq, xal sayımızı 10-a çatdıracağıq. Bu da yeni rekord deməkdir. Deməzdim ki, hər kəsin bizdən qələbə gözləməsi ilə bağlı təzyiq bizə mənfi təsir göstərir.

San Marino millisi cəmi 1 qol vurub, xal toplamayıb. Təbii ki, qələbədən başqa yol yoxdur. Hədəf erkən qol vurmaqdır. Bunu edə bilsək, ardı gələcək. Amma heç bir təzyiq yoxdur. Hamı oyuna hazırdır. Məşqçi kimi çalışmaqdan həzz alıram. Motivasiyam yüksəkdir. Belə olmasaydı, burada işləməzdim, gedərdim. Razı olarsınız ki, bu seçmə mərhələdə yaxşı oyunlar göstərmişik.

Bəzi matçlarda bəxtimiz gətirmədi. Bəli, bundan da yaxşı futbol oynaya bilərik. Mənə elə gəlir ki, son aylar oyun baxımından irəliləyiş var, daha baxımlı futbol göstəririk. Hələ seçmə mərhələnin əvvəlində hər kəs qrup ikinciliyinə ümid edirdi. Milliyə gənc oyunçular cəlb etmişik. Azərbaycan futbolunun gələcəyi üçün işlər görürük”.

Həmin kateqoriyadan