- Baxış sayı: 4
- 27 Noyabr 2024 10:32
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin son matçında Almaniyaya 1:5 hesabı ilə məğlubiyyətdən sonra oyun haqqında fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, KİV-in suallarını cavablandıran xorvatiyalı mütəxəssis, cəmdə komandadan razı qalıb:
– Bu hesabdan sonra nəsə demək çətindi. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq. İlk hissədə qol vəziyyətlərimiz oldu. Onlardan birini dəqiq tamamladıq. İkinci hissədə rəqib keyfiyyətini göstərdi. Hesab 6:3 ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı.
– Millimizin seçmə mərhələdəki çıxışını necə qiymətləndirərdiniz?
– Ümumilikdə, komandadan razı qaldım. Çətin qrupda, güclü rəqiblərə qarşı futbol oynadıq. Nəticə bizi qane etməsə də, yaxşı oynadıq. Şimali İrlandiya ilə matçı nəzərə alsaq, daha çox xal toplamalı idik. Belə qrupda 10 xal toplamaq asan deyil. Bundan da çox ola bilərdi. Komandama yaxşı qiymət verirəm.
– Müqavilə müddətiniz başa çatır. Qərarınızı vermisinizmi?
– Bakıya qayıdırıq. Gələcək barədə bir neçə gündən sonra açıqlama verəcəyəm.
– Müdafiənin mərkəzində Ruslan Abışovla Bədavi Hüseynov çıxış etdi. Artıq Rəşad Sadıqovun əvəzləyicisi kimi Ruslanı görmək olarmı?
– Gələcəkdə həmin mövqedə bu cütlüyün tez-tez oynayıb-oynamayacağını deyə bilmərəm. Bu mövqedə problem var. Standart vəziyyətlərdən qol buraxırıq. İndiyə qədər bu mövqedə yüksək səviyyədə oynaya bilmirik. Bunun üzərində çalışacağıq.
– Dmitri Nəzərovun matça ehtiyatdan başlaması Çex Respublikası ilə Bakıdakı oyunda zəif çıxışı idi?
– 3 gün əvvəl çexlərə qarşı oynadığımız üçün heyətdə dəyişiklik etdim. Həmin mövqedə müdafiəyə meyilli oyunçu oynatmaq istədim. Dmitri müdafiəyə az kömək etdiyi üçün onu ehtiyatda saxladım. O, yaxşı futbolçudur. Sadəcə, bu gün başqa keyfiyyətli oyunçu lazım idi.