- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib. Allsport.az saytı sizi həmin müsahibə ilə tanış edir.
– Xorvatiyaya çoxdan idi gəlmirdiniz. Nə əcəb sizdən?
– Azərbaycan yığması ilə Avstriyada təlim-məşq toplanışında idik. Bundan sonra bir neçə gün evə gəlmək imkanım oldu. İndi isə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsini izləmək üçün yola düşməyin vaxtıdır.
– “Park de Prens”də Türkiyə yığmasına necə qalib gəlmək olar?
– Fateh Terim təcrübəli mütəxəssisdir və Türkiyəni Avropa çempionatının finalına çıxarmağı bacardı. Amma ilk oyunda qalib gəlmək üçün Xorvatiya yığmasında bütün lazımi keyfiyyətlərin toplandığını düşünürəm. Digər rəqiblərə gəlincə, Çex Respublikası da çox yaxşı komandadı. İspaniya isə, ümumiyyətlə, turnirin favoritdir.
– Visente Del Boskenin milliyə dəvət etdiyi oyunçuların siyahısını necə şərh edərdiniz?
– Del Boskenin zəngin təcrübəsi var. Kimlərsə təəccüblənə bilər ki, Fernando Torres və Xuan Mata kimi ulduzları milliyə dəvət etməyib. Ancaq buna baxmayaraq, onun komandası turnirin əsas favoritlərindəndir.
– Avropa çempionatı öncəsi San-Marino və Moldovayla yoxlama görüşləri keçirən Xorvatiya yığmasının sparrinq seçimini necə dəyərləndirərdiniz?
– Düşünürəm ki, doğru addımdır. Çünki ağır mövsümdən sonra Almaniya və ya Polşayla oynamaq düzgün olmazdı. Bu, işləri daha da çətinləşdirərdi.
– AÇ-nin favoriti qismində kimi göstərərdiniz?
– Almaniyanı. Yoxlama görüşlərindəki nəticələr adətən aldadıcı olur. Həlledici matçlarda isə daim möhtəşəm oynayırlar. Fransanı da qeyd edərdim. Meydan sahibləri olduğu üçün əksəriyyət onları qitə birinciliyinin həlledici oyunlarınadək irəliləyəcəyini proqnozlaşdırır. Favoritlər sırasında 3-cü yeri isə maraqlı gənc futbolçulara sahib İngiltərəyə verərdim.