Robert Prosineçki: “Moldova ilə oyun mənim üçün vacibdir”

Noyabrın 17-də Bakıda Moldova ilə yoxlama oyunu keçirəcək Azərbaycan yığması bu görüş üçün hazırlığını davam etdirir. Allsport.az xəbər verir ki, bu gün millimizin baş məşqçisi Robert Prosineçki jurnalistlərə açıqlama verib:

“Səhhətim indi yaxşıdır. Heyətdə bir neçə zədəli oyunçu var. Ad çəkmək istəmirəm. Gənc oyunçulara da şans vermək fikrim var. Bu oyun mənim üçün vacibdir. Moldova yığması ilə oyunda bir neçə futbolçu sınaqdan keçiriləcək. Bəzi aparıcı futbolçularımız zədə səbəbindən təlim-məşq toplanışında iştirak edə bilmir.

Bəziləri isə ümumiyyətlə çağırılmayıb. Amma onların yoxluğu bizim üçün problem yaratmayacaq. Yoxlama oyunu olsa da, bizim üçün vacibdir. Məqsəd yaxşı oyun göstərmək, qələbə qazanmaqdır. Bu oyunda da məhz qələbə üçün oynayacağıq”.

Həmin kateqoriyadan