Robert Prosineçki: “Nəticənin bizim üçün müsbət alınacağına ümid edirəm”

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan – Şimali İrlandiya oyunu ilə bağlı təşkil olunmuş mətbuat konfransında baş məşqçisi Robert Prosineçki maraqlı açıqlama verib. Allsport.az saytı sizi xorvatiyalı mütəxəssisin fikri ilə tanış edir:

“Bir aya yaxındır təlim-mşq toplanışındayıq. Avstriyadakı toplanışın ardından oyunun son hazırlığını Bakıda reallaşdırdıq. Hazırlığın gedişindən razı qaldım. Komandamıza azarkeş dəstəyi lazım olacaq. Bizi maraqlı, həm də böyük oyun gözləyir. Səfərdəki məğlubiyyəti yaddan çıxarmamışıq. Komandam oyuna hazırdır və çıxıb mübarizə aparacağıq. Nəticənin bizim üçün müsbət alınacağına ümid edirəm.

Təbii ki, Avstriyada yoldaşlıq oyunu keçirə bilsəydik, əla olardı. Təəssüf ki, rəqib tapa bilmədik. Buna baxmayaraq, tam gücümüzlə məşq etdik. Heyətə cəlb etdiyin futbolçuların hamısı sabah meydana çıxmağa hazırdır. Komandama güvənirəm. İnanıram ki, məşqlərdə göstərdikləri performansı oyunda da görəcəyik.

Riçard Almeyda sabah millinin heyətində debüt edəcək. Onun tam gücünü nümayiş etdirməsinə heç bir maneə görmürəm. Çünki o, 6 ilə yaxındır Azərbaycanda çıxış edir və millinin əksər futbolçularını yaxından tanıyır, bir neçəsi ilə eyni klubda çıxış edir”.

Həmin kateqoriyadan