- Baxış sayı: 43
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Azərbaycan millisinin martın 9-da Qətərlə keçirəcəyi yoldaşlıq görüşü üçün heyətində dəyişiklik olacaq. Allsport.az saytı xəbər verir ki, bunu baş məşqçi Robert Prosineçki deyib. “CBC Sport” telekanalına açıqlamasında o, 2 debütanta dəvət göndərəcəyini bildirib, “İnter”in kapitanı Nizami Hacıyevin məsələsində son nöqtəni qoyub.
Xorvatiyalı mütəxəssis, “ay-ulduzlu” olmağa səy göstərən və çağırılmadığı üçün dəfələrlə onu tənqid edən 29 yaşlı yarımmüdafiəçiyə növbəti dəfə ehtiyac duymadığını açıq bəyan edib: “Nizami Hacıyev yaxşı oyunçu olsa da, mənim futbol fəlsəfəmə uyğun deyil”.
Qeyd edək ki, sözü gedən orta xətt oyunçusu Berti Foqtsun dönəmində millisidə oynayıb, 1 qola vurub.