Robert Prosineçki: Şimali İrlandiya millisinə qarşı oynamağın reseptini tapmışam

İyunun 10-da DÇ-2018-in seçmə mərhələsidə millimiz Bakıda Şimali İrlandiya futboçuları ilə üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımız Avstriya toplanışını başa vuraraq Vətənə dönüb. Apasport.az-a müsahibə verən baş məşqçisi Robert Prosineçki rəqibə necə qarşı oynamağın yolunu tapdığını deyib:

“Sözsüz ki, rəqibə sürpriz hazırlamışam. Amma onu açıqlamaq istəmirəm. Çünki bu gün dediklərimiz bir neçə dəqiqədən sonra xarici mətbuatda, Şimali İrlandiyanın mediasında çıxa bilər. Onlara qarşı oynamağın reseptini tapmışam. Çox optimistəm. Şimali İrlandiya ilə oyunu böyük həvəslə gözləyirəm. 18 gündür ki, bir yerdəyik və komanda, doğrudan da, yüksək səviyyədə məşq edib, əla formadadır”.

Həmin kateqoriyadan