FOTO
Robert Prosineçki U-21 və U-19 yığmaları ilə görüş keçirib

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bu gün Bakıda təlim-məşq toplanışında olan 21 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının üzvləri ilə görüşüb. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis qarşıdan gələn məsul oyunlarda hər iki yığma komandaya uğurlar arzulayıb.

Millinin baş məşqçisi bildirib ki, klublarla yanaşı, aşağı yaş qruplarından ibarət yığmaların da oyunlarını həm canlı, həm də videoyazı şəklində izləyir, həmçinin bütün yığma komandaların məşqçiləri ilə sıx əməkdaşlıq edir və hər bir futbolçunun hazırlıq səviyyəsi barədə məlumata malikdir. Prosineçki futbolçulara müvafiq tövsiyələrini verib.

Xatırladaq ki, U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 13-də səfərdə Almaniya, noyabrın 17-də isə Bakıda Rusiya komandası ilə qarşılaşacaq. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması isə AÇ-nin seçmə mərhələsində bu gün Ukrayna, noyabrın 12-də Türkiyə, noyabrın 15-də isə Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək. U-19-un bütün oyunları Bakıda keçiriləcək.

Həmin kateqoriyadan