- Baxış sayı: 30
- 15 Dekabr 2025 23:17
- Baxış sayı: 95
- Dekabr 15, 2025
- 0

FİFA milli komandalarının yeni əmsalını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, bu gün dərc edilən siyahıda “ay-ulduzlular”ımız 13 pillə geriləyib.
DÇ-2018-in ələməsində Norveçə 0:2 hesabı ilə uduzan, ardınca San Marinonu 5:1 üstələyən futbolçularımız böyük xal itkisinə məruz qalıb. Belədə, yığmamızın topladığı bal 427-dən 388-ə qədər azalıb, sıralamada 79-cu-dan 92-ci yerə enib.
Seçmə mərhələdə yığmamızla bir qrupda qərarlaşan komandalara gəlincə, Almaniya 1-ci (1606 xal), Şimali İrlandiya 20-ci (945), Çex Respublikası 58-ci (630), Norveç 73-cü (472), San Marino 204-cüdüdür (10).