- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Roberto Bordin ölkə kubokunun 1/4 finalında “Sumqayıt”la oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis məğlubiyyətə baxmayaraq, yarımfinala yüksəlmək üçün komandanın əlindən gələni edəcəyini bildirib:
“Oyunumuz alınmadı. 0:2 hesabı ilə uduzduq. Öz oyunumuzu qurmağa çalışırdıq, amma rəqib bizi əks-hücumlarda tutdu. Təəssüf ki, penalti də əks-hücum zamanı oldu. İkinci qol bizi sındırdı. Bundan sonra bizim üçün daha da çətin oldu.
Təbii ki, 0:2 hesablı məğlubiyyətdən sonra bizə çətin olacaq. Rəqibin şansı daha çoxdur. Bununla belə, yarımfinala yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.