- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Roberto Bordin ölkə çempionatının 7-ci turda “Sabah” klubu ilə oyun sonrası mətbuat konfransında fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis qələbəni futbolçumuz Kvame Karikariyə həsr etdiklərini bildirib:
“Qələbə münasibətilə komandamı təbrik edirəm. Say azlığında olmasına baxmayaraq, futbolçular əzmkarlıq göstərdilər. Qələbəni Karikariyə həsr edirik. Bildiyiniz kimi, onun anası rəhmətə gedib. Onu da deyim ki, bizi qələbə münasibətilə ilk olaraq məhz Karikari təbrik etdi.
Emin Mahmudovu yorğunluq əlaməti olduğuna görə əvəzlədik. Ciddi bir şey yoxdur, sadəcə, risk etmək istəmədik. Slavko Braliçin meydandan kənarlaşdırılmasına gəlincə, futbolçu qırmızı vərəqə alıbsa, bu, o demək deyil ki, pis oynayıb. Braliç yaxşı oyun göstərdi. Düşünürəm ki, ikinci sarı vərəqə epizodunda kobud oyun yox idi.
Əlbəttə, xoşdur ki, ilk dövrəni lider kimi tamamladıq. Amma qarşıda bizi çətin oyunlar gözləyir. Çalışacağıq ki, lider mövqeyimizi qoruyaq”.