- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Neftçi”nin keçmiş baş məşqçisi Roberto Bordin işsizdir. Allsport.az saytı xəbər verir ki, Azərbaycandan ayrıldıqdan sonra Moldovaya dönən və milli komandanı çalışdıran italiyalı mütəxəssis, 2021-ci ilin noyabrın sonundan vəzifəsindən ayrılıb. 57 yaşlı xoca açıqlamasında, Moldova və Azərbaycan kimi ölkələrdə çalışmağı bir az təsadüf nəticəsində olduğunu deyib:
“On il köməkçi işlədikdən sonra bir anda özümü işsiz gördüm. Daha çox dostum olduğunu düşünürdüm, lakin D seriyasında “Triestina” ilə təcrübəmi borclu olduğum Şon Solyano istisna olmaqla, zəngimə belə cavab vermədilər. Azərbaycanda və Moldovada isə inkişaf edən, ən müasir strukturlara malik futbol gördüm”.
Xatırladaq ki, Bordin 2018-ci ilin iyunundan 2020-ci il yanvarın ortalarına kimi “Neftçi”nin baş məşqçisi olub.