- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Roberto Bordin 9-cu turda “Qarabağ” klubu ilə matç sonrası (3:1) mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis belə oyundan sonra özünəgüvən hissinin daha yüksəldiyini bildirib: “Komandanı qələbə münasibətilə təbrik edirəm. Sonadək mübarizə aparan rəqibə qalib gəldik. İlk hissədə mübarizə apardıq, hücumlar etdik və qollar vurmağa nail odluq. Belə oyundan sonra özünəgüvən hissi daha yüksəlir. Çətin oyun oldu. Amma hazırda qələbəni qeyd edirik. Futbolçulara afərin”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Futbolda qələbə də olur, məğlubiyyət də. Əsas sonadək mübarizə aparmaqdır. Bu gün çox yaxşı nəticəyə nail olduq. Yaxşı oyun göstərdik. Qələbəyə layiq idik. Yol uzundur. Biz kiçik bir addım atdıq. Bu çox önəmli addım oldu. Əsas odur ki, mübarizəni bu tempdə davam etdirək”.
O, komandanı meydana 5 müdafiəçi ilə çıxarmağına da aydınlıq gətirib: “Rəqibin Avroliqadakı oyunlarını izləmişdik. Fikir vermişdik ki, “Qarabağ” xüsusən mərkəzdən gəlir. Buna görə də onlara mərkəzdə oynamağa icazə verdik və hücumlarımızı cinahlardan qurduq. Bu da öz nəticəsini verdi. Yəni hər üç qolu cinahlardan qurduğumuz hücumlar nəticəsində vurduq”.
“Qurban Qurbanov üzərində ilk qələbə şəxsən sizin üçün nə dərəcədə önəm kəsb edir?” sualına isə Roberto Bordinin cavabı belə olub: “Bu, komandanın, bütün kollektivin qələbəsidir. Əsas odur ki, yaxşı oyun göstərib, 3 xal qazandıq. “Qarabağ” Avroliqada oynamış komandadır. Bu rəqib üzərində qələbə qazanmaq böyük önəm kəsb edir. Bunun üçün şadam”.