- Baxış sayı: 31
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz premyer liqasında 2-ci turun “Qəbələ” klubu ilə oyun sonrası mətbuat konfransında fikirini bildirib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis görüşün böyük hissəsindən zövq aldığını deyib:
“Çox gözəl matç alındı. Futbolçularımız kifayət qədər yaxşı oyun nümayiş etdirdilər. Hətta üçüncü qolu da vura bilərdik. Görüşün sonuna yaxın rəqib böyük təzyiq göstərməyə başladı, daha böyük qüvvəylə irəli atıldı.
Bununla belə, müdafiə xəttimizi gücləndirib, qalib gəldik. Bugünki matçın böyük hissəsindən zövq aldım, amma oyunumuzu daha da təkmilləşdirməliyik ki, bundan da yaxşı çıxış edək”.