- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Roberto Bordin ölkə çempionatının 3-cü turunda “Qarabağ”la oyun sonrası mətbuat konfransında fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis 1:1 başa çatan mübarizədə çoxsaylı qol vəziyyətlərindən istifadə olunmamasından təəssüflənib:
“Mənə xoşdur ki, burada gülən simalar görürəm. Komandamız çox güclü olduğunu sübut etdi. Kifayət qədər qol imkanlarımız oldu. Ağır oyun olsa da, futbolçularımızdan razıyam. Müdafiə futbolu oynayan komanda qol imkanı yarada bilməz.
Biz isə oyun ərzində 7-8 qol imkanı qazandıq. Bir tərəfdən səfər heç-heçəsinə görə sevinirəm, digər tərərdən çoxsaylı qol epizodlarından istifadə edə bilmədiyimiz üçün təəssüflənirəm. Bununla belə, gözəl futbol nümayiş etdirdiyimiz üçün şadam”.