- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 507
- Mart 30, 2026
- 0

Roberto Bordin Türkiyə təlim-məşqində ilk yoxlama oyunundan razı qalıb. Allsport.az saytı xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Rumıniyanın “Qaz Metan” klubunu 3:0 yendikləri görüşdə sınaqlara yüksək əhval-ruhiyyə ilə başlamağın önəmli olduğunu bildirib:
“Yaxşı və vacib sınaq oldu. Nəticədən başqa, futbolçuları izləmək, onların bir-biri ilə anlaşmalarını görmək vacib idi. Düzdür, fiziki hazırlıq və xətlərarası anlaşma üzərində işləməliyik. Amma bunun üçün kifayət qədər vaxtımız var. Önəmlisi odu ki, yoxlama oyunlarına yüksək əhval-ruhiyyə ilə başladıq”.