- Baxış sayı: 205
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 205
- Dekabr 05, 2025
- 0

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 13-cü turunda “Sabah”a qarşı oyuna şərh verib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis 2:1 qalib gəldikləri matç barədə bunu söyləyib:
“İlk növbədə futbolçuların hər birini təbrik edirəm. İki dəfə azlıqda qalsaq da, son anadək mübarizə apardılar. Komandamın oyunundan çox razıyam.
Səhv etmirəmsə, 11 sarı vərəqə oldu və bunlardan 3-ü qırmızı vərəqə ilə nəticələndi. Hər kəsi şübhəli epizodları bir daha izləməyə çağırıram, amma əsas olan komandamızın oyunudur ki, bundan çox razıyam”.