- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 508
- Mart 30, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 15-ci turu ilə bağlı mətbuat konfransında fikrini bildirdi. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis “Qarabağ”la oyunda azlıqda qalmalarına rəğmən, sonadək mübarizə aparıb, nəticəni qoruya bildikləri üçün komanda üzvlərinə təşəkkür etdi:
“Əvvəli yaxşı başlamasaq da, sonradan toparlana bildik. 2-ci hissədə qırmızı kart almağımız planımızı pozdu. Hesabı qoruyub saxladığımız üçün məmnunam. Azarkeşlərimizə təşəkkür edirəm. Stadiona gəlib, bizi sonadək dəstəklədilər. Sanki evdə oynayırdıq. Onları növbəti matçlarda da gözləycəcəyik”.